Baxçalı: Gizli planlar cızılır... “CƏNUBİ QAFQAZ DA BURA DAXİLDİR”
VİDEO

“Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazılıq qlobal arenada baş verən silsilə proseslərin bir halqasıdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

 

“Bu gün getdikcə daha da sərtləşən güc mübarizələrinin, kökü əsrlər əvvələ gedib çıxan ağır qarşıdurmaların, bu günü qeyri-müəyyən, sabahı isə dumanlı olan dövrdən keçirik. Bu gün baş verənləri sadəcə gündəlik xəbər axını kimi qiymətləndirmək həqiqətin yalnız zahiri tərəfi ilə kifayətlənmək deməkdir. Çünki Qəzzada tökülən məzlum qanı, Livanda atəşkəsə baxmayaraq davam edən qırğınların dumanı, Hörmüz boğazında uzun müddətdir qlobal iqtisadiyyatı və enerji təchizatını girov saxlayan gərginlik, Şərqi Aralıq dənizində Kipri də əhatə edən və Bəsrə körfəzinə qədər uzanan gizli geosiyasi hesablamalar, eləcə də Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazlıq eyni zəncirin halqalarıdır”, - MHP lideri vurğulayıb.

 

Dövlət Baxçalı BMT-nin baş verənləri görməzdən gəldiyini də vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatı dövlətlərdən ali təmsilçilik qurumudur. Amma BMT sanki “üç meymun” rolunu oynayır, olanları görməzdən gəlir”.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.