Putin seçkilərlə bağlı fərman imzaladı
VİDEO

Prezident Vladimir Putin Rusiya Dövlət Dumasına deputat seçkilərinin 20 sentyabr tarixinə təyin edilməsi barədə fərman imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənəd hüquqi aktların rəsmi portalında yerləşdirilib.

 

Sənəddə deyilir: “Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeni çağırış deputatlarının seçkiləri 20 sentyabr 2026-cı il tarixinə təyin edilsin”.

 

Fərman rəsmi dərc olunduğu gündən qüvvəyə minib.

 

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, 16 iyundan etibarən Dövlət Dumasına seçkilərin keçirilməsinə hazırlıq başlayır.

 

Onun sözlərinə görə, ümumilikdə 450 deputat seçiləcək: 225 nəfər birmandatlı seçki dairələrindən, 225 nəfər isə federal seçki dairələri üzrə.

 

Qeyd edək ki, Dövlət Duması  Rusiya Federal Məclisinin aşağı palatasıdır.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.