
Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan Rusiya mənşəli buğdanı daşıyan 7 vaqondan ibarət qatar bu gün Biləcəri dəmir yolu stansiyasından Ermənistana yola salınıb.
Senzor.az xatırladır ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Onu da qeyd edək ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.