
"Biz müdafiə qabiliyyətlərimiz barədə heç kimlə danışıqlar aparmayacağıq".
Senzor.az bildirir ki, bunu İran Prezidenti Məsud Pezaşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə birgə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bizim raket proqramımız Anlaşma memorandumuna daxil edilməyib və heç vaxt müzakirə mövzusu olmayıb. Biz müdafiə qabiliyyətlərimiz barədə heç kimlə danışıqlar aparmırıq. Əgər müdafiə silahlarımız olmasaydı, düşmən Qəzza kimi ölkəmizi yerlə bir edərdi", - deyə M.Pezeşkian vurğulayıb.
O, İran-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iki ölkənin birgə əməkdaşlıq yolu ilə regionda nümunəvi qardaşlıq modeli qura biləcəyini bildirib.