İran XİN: Hörmüz boğazına istənilən müdaxilə vəziyyəti çətinləşdirəcək

İran ilə ABŞ arasında əldə olunmuş razılaşmalara əsasən, mövcud maneələr aradan qaldırıldıqdan sonra Hörmüz boğazında hərəkətin idarə edilməsi, tam bərpası İrana həvalə olunur və bu tədbirlərin həyata keçirilməsi prosesi davam edir.

 

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.

 

"Bu mexanizmin icrasına görə məsuliyyət tamamilə İranın üzərinə düşür və heç bir başqa ölkə, yaxud təşkilat bu məsələdə məsuliyyət daşımır", - o qeyd edib.

 

A.Əraqçinin sözlərinə görə, hər hansı müdaxilə və ya mövcud razılaşmalara zidd şərait yaratmaq cəhdləri vəziyyəti çətinləşdirəcək: "Bu, Hörmüz boğazının normal vəziyyətə qayıtmasını gecikdirəcək və gərginliyi artıracaq.

 

Mən bütün tərəfləri əldə olunmuş razılaşmalara sadiq qalmağa, Hörmüz boğazının idarə olunmasına müdaxilə etməkdən çəkinməyə və bu razılaşmaların həyata keçirilməsinə imkan yaratmağa çağırıram".

 

İranın XİN rəhbəri xatırladıb ki, razılaşmaların müddəalarına əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə dayandırılmalıdır. "Təəssüf ki, İsrail hücumlarını davam etdirir", - o xatırladıb.

 

XİN rəhbərlərinin görüşündə Fars körfəzinin təhlükəsizlik, həmçinin İranın ABŞ və İsrailin hücumları nəticəsində öldürülmüş Ali lideri mərhum ayətullah Seyid Əli Xameneinin cənazəsi ilə İraqın Nəcəf və Kərbəla şəhərlərində yerləşən müqəddəs ziyarətgahlarda keçiriləcək vida mərasimlərinin təşkili məsələləri də müzakirə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.