Tokayev: Qazaxıstan yeni iqtisadi modelə keçir - VİDEO

Qazaxıstan yeni iqtisadi modelə keçir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında milli iqtisadiyyatın inkişafını şərh edərkən deyib.

 

Tokayevin sözlərinə görə, qlobal vəziyyətin pisləşməsinə və beynəlxalq çağırışların artmasına baxmayaraq, Qazaxıstan ölçülüb-biçilmiş siyasət yürütməyə və inamla irəliləməyə davam edir.

 

Prezident qeyd edib ki, ötən ilin yekunları üzrə Qazaxıstan iqtisadiyyatı 6,5 % artıb. Ölkənin ümumi daxili məhsulu 300 milyard dolları ötüb, adambaşına düşən ÜDM isə 15 min dollara çatıb.

 

Dövlət başçısı vurğulayıb ki, bu, MDB ölkələri arasında ən yüksək göstəricilərdən biri, Mərkəzi Asiya regionu üçün isə rekord nəticədir.

 

Tokayev həmçinin bildirib ki, Qazaxıstan inflyasiyanı yavaşılatmağa nail olub. Cari ilin beş ayının yekunlarına görə, inflyasiya 10,4 %-ə qədər azalıb. İnflyasiyanın daha da azaldılması istiqamətində işləri davam etdirmək lazımdır.

 

Qazaxıstan lideri maliyyə sisteminin sabitliyini xüsusi qeyd edərək milli valyutanın xarici risklərdən etibarlı şəkildə qorunduğunu bildirib. O vurğulayıb ki, yeni Büdcə və Vergi məcəllələri Qazaxıstan iqtisadiyyatının yeni modelinin formalaşmasının təməlini qoyub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.