Fransa Prezidenti Suriyaya gedir - SON 17 İLDƏ İLK DƏFƏ

Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.

 

"Agence France-Presse" xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.

 

Qeyd edilib ki, Fransa Prezidenti ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.

 

Emmanuel Makronu səfər zamanı investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

 

Suriya Prezidenti Əhməd əl-Şaraa və Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.

 

Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib.

 

Suriya Prezident Administrasiyasının Media İdarəsinin məlumatında səfərin tarixi açıqlanmasa da, “Al Hadath” telekanalı Suriyada hakimiyyət dəyişikliyindən sonra keçirilməsi nəzərdə tutulan Xalq Şurasının (birpalatalı parlament) ilk iclasının Fransa Prezidentinin Dəməşqə planlaşdırılan səfəri ilə əlaqədar təxirə salındığı barədə məlumat yayıb.

 

Bildirilib ki, iyulun 6-na planlaşdırılan parlament iclası Makronun həmin gün Suriyaya səfər edəcəyi səbəbindən başqa tarixə keçirilib.

 

Beləliklə, Emmanuel Makron 2024-cü ilin sonunda Əhməd əl-Şaraanın hakimiyyətə gəlişindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq. Bu, eyni zamanda, 2009-cu ildə Nikola Sarkozinin səfərindən sonra Fransa Prezidentinin Suriyaya ilk səfəri olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.