
Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı ölkə Prezidenti Vaaqn Xaçaturyan
fərman imzalayıb.
"Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - fərmanda bildirilib.
Beləliklə, Karen Qriqoryan Ermənistanın Pakistandakı ilk səfiri olub.
Qeyd edək ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar. Ondan əvvəl isə Pakistan Azərbaycan ərazilərinin işğalı faktına görə Ermənistanı dövlət olaraq tanımaqdan imtina etmişdi.