
İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə “The Times of Israel” qəzeti İsrail Baş nazirinin ofisinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp Netanyahuya ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Danışıq zamanı Netanyahu qonşu ölkələrdə İsrailin “bufer zonalarının” saxlanılmasının vacibliyini vurğulayıb. Hazırda belə zonaların Livan və Suriyada mövcud olduğu bildirilir.