Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib -
FOTO

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Qeyd olunub ki, iclasın gündəliyində birinci məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihəsi və eləcə də digər carı iqtisadi məsələlər ətraflı müzakirə edilib.

 

Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin, ikinci məsələ üzrə isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

 

İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.