Moldova hökuməti Ukraynada yaşayan İŞ ADAMINA TAPŞIRILIR
FOTO/VİDEO

Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan iş adamı Vasili Tofanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tofan parlament və hökumətdə çoxluğa malik Fəaliyyət və Həmrəylik Partiyası (PAS) tərəfindən bu vəzifəyə namizəd göstərilib.

 

"Mən parlament fraksiyaları ilə aparılan müzakirələrin, həmçinin Moldovanın məqsəd və prioritetlərinin nəzərə alınması əsasında Vasili Tofanı Moldovanın baş naziri vəzifəsinə namizəd olaraq irəli sürmək qərarına gəldim", - Sandu Tofan və parlamentin sədri, PAS-ın lideri İqor Qrosu ilə birgə keçirdiyi brifinqdə bildirib. 

Qrosu isə PAS fraksiyasının Tofana tam dəstək verəcəyini vurğulayıb. O, Tofanın əsas vəzifəsinin Moldovanın Avropa İttifaqına inteqrasiya prosesini irəli aparmaq olacağını qeyd edib.

 

Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, Tofan 15 gün ərzində yeni hökumətin tərkibini və fəaliyyət proqramını parlamentin təsdiqinə təqdim etməlidir.

 

İyulun 12-də 44 yaşı tamam olacaq Vasili Tofan Moldovada iş adamı və investor kimi tanınır. Yeri gəlmişkən, Ukrayna KİV-in yazdığına görə, Vasili Tofan Ukraynada biznes layihələrinə 700 milyon dollardan çox investisiya yatıran "Horizon Capital" şirkətinin tərəfdaşıdır. O, seçkilər zamanı PAS və Maya Sanduya dəstək verib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.