
Türkiyənin paytaxtı Ankarada ən böyük bələdiyyələrdən olan Çankayada rüşvətxorluq işi ilə bağlı istintaq başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhər bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 şübhəlinin həbsinə order verilib.
Ankara Baş Prokurorluğu tərəfindən koordinasiya edilən istintaq çərçivəsində artıq 27 nəfərin saxlanıldığı bildirilir. Onlar cinayətkar təşkilat yaratmaqda və iştirak etməkdə, rüşvət verməkdə və almaqda, eləcə də tender saxtakarlığında ittiham olunurlar.
İyulun 11-də səhər polis Çankaya bələdiyyəsində və şübhəlilərin ünvanlarında axtarış da aparıb.
Əməliyyat çərçivəsində işlə bağlı dəlillər müsadirə edilib. Barələrində order verilən qalan şübhəlilərin axtarışı davam edir.
