ABŞ-İran razılaşmasının pozulmasına görə Vens məsuliyyət daşıyır? - VİDEO

ABŞ və İran arasında dialoqun pozulması və İslamabad memorandumunun icra edilməməsi ABŞ vitse-prezidenti Cey Di Vens üçün ciddi siyasi risk yarada bilər.

 

Bu barədə "Politico" nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin həmsöhbəti olan Ağ Evin keçmiş rəsmisi bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan memorandumun uğursuzluğa düçar olması halında əsas məsuliyyət danışıqların aparıcı simalarından biri olan Cey Di Vensin üzərinə düşəcək. Onun sözlərinə görə, sənəddə Livanda atəşkəs və Hörmüz boğazına nəzarət kimi əsas məsələlərin yer almaması razılaşmanın uzunömürlü olmayacağını əvvəlcədən göstərirdi.

 

Digər mənbənin sözlərinə görə, Vensin İranın razılaşmanın şərtlərinə əməl edəcəyinə dair ilkin şübhələri onun siyasi mövqeyini müəyyən qədər gücləndirsə də, respublikaçılar münaqişənin daha da dərinləşməsi və bunun iqtisadi nəticələri fonunda vitse-prezidenti əsas məsul şəxslərdən biri hesab edə bilərlər.

 

Qeyd edək ki, iyulun 12-də ABŞ İrana genişmiqyaslı zərbələr endirib. Tehran isə cavab olaraq ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərini hədəfə aldığını açıqlayıb və Vaşinqtonu hərbi əməliyyatların dayandırılmasına dair memorandumun şərtlərini pozmaqda ittiham edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.