Türkiyə hökuməti Yaxın Şərqdəki son vəziyyəti müzakirə edəcək

Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Ankarada baş tutmuş NATO sammitinin yekunlarını, Yaxın Şərqdəki son vəziyyəti, İran ətrafındakı münaqişəni və Ukrayna böhranının nizamlanması prosesini müzakirə edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, Prezident R.T.Ərdoğan Şimali Atlantika Alyansının sammitinin yekunlarına dair verdiyi bəyanatda Türkiyənin Ukraynada sülhün əldə olunması üçün diplomatik əlaqə kanallarını açıq saxladığını bildirib.

 

Türkiyə lideri vurğulayıb ki, münaqişənin ilk günlərindən etibarən dialoq və diplomatiyanın tərəfdarı olan və Rusiya ilə Ukrayna arasında danışıqlara dəfələrlə ev sahibliyi edən rəsmi Ankara tərəflər üçün yenidən öz platformasını təqdim etməyə hazırdır.

 

Qeyd edək ki, əvvəlki illərdə, xüsusilə 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç raund birbaşa danışıqlar keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.