Aİ Ermənistanda yeni missiya yaradacaq

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Ermənistan üçün “hibrid təhdidlər” adlandırılan risklərlə mübarizə üzrə Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

 

"Xarici işlər nazirləri Ermənistanla tərəfdaşlıq çərçivəsində yeni missiyanın yaradılmasını razılaşdıracaqlar. Bu missiya onların üzləşdiyi hibrid təhdidlərlə mübarizə aparacaq", – deyə Kallas bildirib.

 

Brüsselin bəyanatlarında “hibrid təhdidlərlə mübarizə” ifadəsi Rusiyanın təsirinə qarşı fəaliyyət göstərilməsi mənasını daşıyır. Aİ-nin analoji missiyaları Ukrayna və Moldovada da fəaliyyət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.