
Rusiyada oktyabr ayından etibarən ərzaq talonlarının tətbiq olunacağı gözlənilir.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, bu proqnoz Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina tərəfindən Prezident Vladimir Putinə təqdim edilən hesabatda yer alıb.
Bildirilib ki, Rusiyada heç bir halda aclıq gözlənilmir. Lakin Mərkəzi Bank inflyasiya səbəbindən zəruri əşyaları ala bilməyənlər üçün ərzaq vauçerlərinin tətbiqinin oktyabr ayından gec olmayaraq baş verəcəyini proqnozlaşdırır.