Türkiyənin müdafiə naziri Şimali Kiprə gedib - FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və müxtəlif qoşun növləri komandanları iyulun 20-də Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 52-ci ildönümünü qeyd etmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) gediblər.

 

Senzor.az Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ŞKTC Prezidenti Tufan Erhürman tərəfindən qəbul edilib.

 

Türkiyə Milli Müdafiə Nazirliyi bir neçə gün əvvəl Kiprlə bağlı qərəzli qətnaməsinə görə Avropa Parlamentini qınayıb və Kipr türklərinə qarşı törədilən çoxsaylı qanlı cinayətləri xatırladıb.

 

Nazirlik vurğulayıb: “Türkiyə Ordusunun hərəkətləri Kipr türklərini sistematik hücumlar, qırğınlar və məcburi köçkünlük fonunda məhv olmaqdan xilas edib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.