BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və ekoloji risklərə dayanıqlılığına həsr olunan tematik panelində çıxış edib.

 

Senzor.az bildirir ki, bu barədə Komitənin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

 

Çıxış zamanı qeyd olunub ki, Azərbaycanda COP29 və WUF13 kimi iki mühüm qlobal tədbirin keçirilməsi ölkəmizin iqlim və şəhərsalma gündəlikləri arasında əlaqənin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin və bu mövzunun beynəlxalq gündəlikdə təşviqinə verdiyi töhfənin bariz göstəricisidir.

 

Vurğulanıb ki, COP29-un mühüm nəticələrindən biri Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə COP prosesləri ilə WUF arasında davamlılığın təmin edilməsinə xidmət edən Bakı Davamlılıq Koalisiyasının təsis olunması, eləcə də "Dayanıqlı və sağlam şəhərlər üçün çoxsəviyyəli fəaliyyət istiqamətləri" təşəbbüsünün təqdim edilməsi olub.

 

Gülşən Rzayeva qeyd edib ki, Azərbaycan iqlim və şəhərsalma gündəliklərinin əlaqələndirilməsi istiqamətində əldə etdiyi təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə və bu sahədə əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.