Dövlət Baxçalı CHP-nin bölünməsindən və... 1 MİLYARD 815 MİLYON LİRƏDƏN DANIŞDI
VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Özgür Özəlin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq yeni partiya quracağı ilə bağlı qərarına münasibət bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, MHP lideri belə bir vəziyyətin uzun zamandır gözlənildiyini vurğulayıb.

 

“CHP daxilindən yeni bir partiya yaranır, bunun siqnalları artıq uzun müddətdir görünürdü. Yeni partiyaya (CHP-dən) neçə deputatın keçəcəyi ilə bağlı müxtəlif siyahılar yayılır. Bəziləri 80, digərləri isə 90 deputatın keçəcəyini deyir. Hər halda yeni partiya qurulur. Bununla yanaşı, müzakirə olunan digər məsələ isə partiyanın əmlakının necə bölüşdürüləcəyidir.

 

Əgər CHP daxilindən yeni partiya yaranırsa və CHP-yə məxsus binalar, xidməti avtomobillər və digər aktivlər mövcud partiyada qalırsa, belə olan halda 2026-cı ilin dövlət büdcəsindən CHP-yə ayrılan 1 milyard 815 milyon lirə məbləğində maliyyə yardımından CHP-dən ayrılıb yeni partiyaya keçən deputatların sayına uyğun payın həmin yeni partiyaya verilməsi etik baxımdan doğru olardı”, - Baxçalı vurğulayıb.

 

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb.

 

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.