Şahin Şıxlinski və oğlu hansı həbsxanada cəza çəkəcəklər?

Uraldakı (Rusiya) Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Krasnoyarsk diyarındakı cəzaçəkmə müəssisəsinə köçürülür. Onun oğlu Mütvəlı Şıxlinski isə Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən 53 saylı islah koloniyasına göndərilib.

 

Bu barədə E1.ru portalı məlumat yayıb.

 

Bildirilib ki, etap olunma ilə bağlı sənədlər iyulun 17-də imzalanıb. Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları da Krasnoyarsk diyarında yerləşən koloniyaya köçürülüblər.

 

Oxu.az xatırladır ki, Səfərovlar və Şıxlinskilər 2025-ci ilin yayında Uralın paytaxtında saxlanıblar. Onlar sui-qəsd və qətllərin təşkilində ittiham olunub və uzun müddətlərə məhkum ediliblər. Şıxlinskilər ailəsi ayrıca - saxlanılma zamanı maşınla vurduqları hakimiyyət nümayəndəsinə qarşı zorakılığa görə də mühakimə olunublar. Şahin Şıxlinski adam öldürməyə cəhd və qətl hadisəsinin təşkilində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu isə ümumi rejimli koloniyada cəza çəkməklə 8 il azadlıqdan məhrum olunub.

 

Şıxlinskilər Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı keçirdiyi səs-küylü əməliyyatdan sonra həbs ediliblər. Həmin əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub, Səfərovlar ailəsinin bir neçə üzvü və diasporanın digər nümayəndələri saxlanılıblar.

 

Sonradan onlara qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi qaldırılıb, Şahin Şıxlinskiyə isə əlavə olaraq qətlin təşkili və qətlə cəhd ittihamları irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.