
Ermənistanın 17 yaşadək yunan-Roma güləşi üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Ermənistanı bu çempionatda Vazgen Vardanyan, Ararat Avetisyan, Gevorq Arutyunyan, Geqam Yegizaryan, Artuş Petrosyan, Vazgen Mnatsakanyan, Canes Nazaryan, Vage Oveyan, Aleksan Şalcyan və Xaçik Xaçatryan təmsil edəcək.
Bildirilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı sabah Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.
Xatırladaq ki, yarışlar iyulun 27-də start götürəcək və avqustun 2-də başa çatacaq.