18 yaşdan sonra miqrant uşaqları Rusiyadan çıxarılacaq?
PUTİN QANUN İMZALADI

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvləri üçün yeni tələblər müəyyən edən qanunu imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni qaydalara əsasən, əcnəbi işçi özünü və onunla birlikdə Rusiyada yaşayan himayəsindəki ailə üzvlərini regional əmsal nəzərə alınmaqla hesablanan yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir.

 

Miqrantın gəliri müəyyən edilmiş səviyyədən aşağı olarsa, onun əmək patentinin və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər. Bu halda, ailənin Rusiyada qalması üçün başqa qanuni əsas yoxdursa, onlar yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməli olacaqlar.

 

Yeni qanuna əsasən, əmək miqrantlarının uşaqları Rusiyada yalnız valideynlərinin əmək patentinin və ya iş icazəsinin qüvvədə olduğu müddətdə qala biləcəklər.

 

18 yaşına çatdıqdan sonra onlar 30 gün ərzində ya Rusiyanı tərk etməli, ya da fərdi əmək patenti almaq üçün müraciət edərək vergi üzrə avans ödənişi etməlidirlər. İstisna yalnız Rusiyada yaşamaq üçün başqa qanuni əsasları olan şəxslərə şamil edilir.

 

Yeni qaydaların 2026-cı il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.