Ukrayna Rusiyanın daha bir neçə strateji obyektini vurdu - VİDEO

Ukrayna ordusu gecə saatlarında Rusiya ərazisində yerləşən bir sıra strateji obyektlərə uzaqmənzilli zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

 

Dövlət başçısı bildirib ki, Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşən ixrac terminalı vurulub: “Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərinə də zərbələr endirilib. Bu obyektlər Ukrayna dövlət sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşir”.

 

Zelenski qeyd edib ki, bu əməliyyatlar Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını azaltmağa yönəlmiş uzaqmənzilli zərbə planının tərkib hissəsidir.

 

Ukrayna lideri uğurlu əməliyyata görə Müdafiə Qüvvələrinin hərbçilərinə təşəkkür edərək bildirib ki, bu cavab tədbirləri müharibəni Rusiyanın öz ərazisinə qaytarır, nəticədə ədalətli sülh üçün imkan yaradır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.