Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR

Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Dövlət başçısının daha bir Sərəncamı ilə isə Zamin Məmməd oğlu Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

 

Digər Sərəncamlarla Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərinə, Zamin Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.

 

Qeyd edək ki, N.Mustafayeva 2020-ci ilin iyulunda, Z.Əliyev isə 2024-cü ilin noyabrında həmin vəzifəyə təyin edilmişdiər.

 

Q.Zeynalov bu təyinatadək Xarici İşlər Nazirliyində (XİN) və diplomatik nümayəndəliklərdə, o cümlədən Azərbaycan Kanadadakı səfirliyində üçüncü katib kimi çalışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.