Özbəkistan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycanın Özbəkistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

 

Senzor.az bildirir ki, bu barədə Rəşad Məmmədov "X" sosial şəbəkəsində paylaşım edib.

 

Səfir bildirib ki, etimadnaməsini təqdim etməklə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətinə rəsmi şəkildə başlayıb.

 

Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında yüksək etimada əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub. Tərəflər dövlət başçılarının müəyyən etdiyi strateji kursa uyğun olaraq iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və digər prioritet sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Həmçinin qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əzmi qeyd olunub. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.