İtaliyanın müdafiə naziri: YARDIM ETMƏSƏK, UKRAYNA YOX OLACAQ

İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynaya göstərilən hərbi yardımı xəstəyə verilən dərmanla müqayisə edib.

 

“Teleqraf” xəbər verir ki, o, hərbi yardım olmadan Ukraynanın mövcudluğunu itirəcəyini bildirib.

 

“Bir çoxları hesab edir ki, Ukraynaya yardım müharibənin uzanması deməkdir. Mən heç vaxt xəstəxanada qan köçürülməsinin və ya müalicənin xəstəliyi uzatdığını eşitməmişəm. Əlbəttə, əgər pasiyent ölsə, çarpayı boşalacaq. Əgər biz Ukraynaya kömək etməyə davam etməsək, yox olacaq və problem də qalmayacaq”, - müdafiə naziri söyləyib.

 

Krozetto vurğulayıb ki, beynəlxalq problemlərə bu cür yanaşmaq olmaz. O xatırladıb ki, Roma Kiyevə indiyədək 13 hərbi yardım paketi çərçivəsində dəstək göstərib.

 

“Ukraynaya yardım xəstəyə verilən dərman kimidir”, - İtaliya müdafiə naziri əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.