Polşada Zelenskini öldürməyə çağırış edən şəxs saxlanılıb - VİDEO

Polşa polisi sosial mediada Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı təhqiramiz ifadələr paylaşan və sui-qəsd çağırışı edən 40 yaşlı kişini saxlayıb.

 

Bu barədə "RMF FM" məlumat yayıb.

 

Şübhəli iki maddə üzrə - qətl törətməyə açıq şəkildə təhrik etmə və təhqir - ittiham olunur.

 

İstintaq zamanı kişi günahını etiraf edib və peşman olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına paylaşımları emosiyaların təsiri altında dərc etdiyini və indi etdiyi əməldən peşman olduğunu deyib.

 

İstintaq Muşin rayon prokurorluğunun nəzarəti altında aparılır. Saxlanılan şəxsi üç ilə qədər həbs cəzası gözləyir.

 

Xatırladaq ki, bu arada Vladimir Zelenski iyulun 29-da ABŞ-dan Polşanın Lyublin şəhərinə səfər edib .

 

Bu, onun Polşa ordenindən məhrum edilməsindən sonra Varşavaya ilk səfəri olub.

 

Səfər çərçivəsində Zelenski Polşanın Baş naziri Donald Tusk ilə görüşüb. Tərəflər Ukraynaya investisiya qoyuluşu, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq, eləcə də ikitərəfli qarşılıqlı fəaliyyətin digər sahələrini müzakirə ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.