
Qəzza sülh prosesində iştirak edən radikal HƏMAS hərəkatı və Fələstin fraksiyaları Sülh Şurası tərəfindən təqdim edilən razılaşmanın bütün bəndləri ilə razılaşıblar.
Bu barədə " Əl-Hədəs" televiziya kanalı məlumat yayıb.
"HƏMAS Qəzza planı üzrə razılaşmaların bütün məqamlar ilə bağlı razılığını ifadə edib. Razılaşma İsrail tərəfi HƏMAS tərəfindən qəbul edilmiş şərtləri təsdiqlədikdən sonra elan ediləcək. Əldə edilən razılaşmanın təfərrüatı cümə günü açıqlanacaq", - məlumatda qeyd olunub.
HƏMAS tərəfindən qəbul edilən şərtlərə görə, Hərəkatın bütün silahları zolağın idarə olunmasını təmin edən Milli Komitəyə təhvil veriləcək. Onların inventarlaşdırılması və saxlanması isə beynəlxalq komitə tərəfindən həyata keçiriləcək.
HƏMAS həmçinin razılaşıb ki, silahların təhvil verilməsi prosesi "İsrail qoşunlarının faktiki çıxarılması ilə əlaqələndirilsin". Silahların inventarlaşdırılması və saxlanmaq üçün təhvil verilməsi üçün ayrılan müddət isə "ən azı 14 gün təşkil etməlidir".