Kobaxidze: Gürcüstanda hakimiyyəti zorla dəyişdirmək cəhdlərinin qarşısı alınıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hökumət başçısı ölkədə sülhün və sabitliyin təmin olunmasında qurumun xüsusi rolunu vurğulayıb.

 

İ.Kobaxidze qeyd edib ki, dünyadakı mürəkkəb geosiyasi vəziyyət və regiondakı ciddi təhlükəsizlik çağırışları fonunda xarici xüsusi xidmət orqanlarının və destruktiv qüvvələrin ölkədə sabitliyi pozmaq, hakimiyyəti zorla dəyişdirmək cəhdlərinin qarşısı uğurla alınıb: "Ancaq təhdidlər hələ də qalmaqdadır".

 

Hökumət başçısı onu da vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir və Gürcüstan cəmiyyəti bu istiqamətdə aktiv işin nəticələrini hər gün görür. O, əmin edib ki, Gürcüstan hökuməti bundan sonra da hər cür korrupsiya cinayətinə qarşı barışmaz olmağa davam edəcək və hər kəs qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.