Ərdoğan 2028-ci ildə yenidən namizəd ola bilər - BAŞ MÜŞAVİR ŞƏRTİ AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ilin aprelində keçirilməsi təklif olunan prezident seçkisində üçüncü dəfə bu posta namizəd ola bilər.

 

"T24" portalı xəbər verir ki, bunu Türkiyə liderinin hüquq məsələləri üzrə baş müşaviri Mehmet Uçum deyib.

 

Hüquqşünas izah edib ki, Türkiyədə növbəti ümumi seçkinin 7 may 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.

 

"Bizim təklif etdiyimiz ümumi seçki tarixi - 16 aprel 2028-ci il - siyasi baxımdan "növbədənkənar seçki" deyil. Müvafiq qərar parlament tərəfindən 2028-ci il fevralın 9-dan 15-dək olan dövrdə qəbul edilməlidir", - deyə Uçum bildirib.

 

Onun sözlərinə görə, qüvvədə olan Konstitusiyaya əsasən, parlament Ərdoğanın ikinci prezidentlik müddəti başa çatmamış "seçkinin yenilənməsi" barədə qərar qəbul edərsə, o, üçüncü dəfə ardıcıl olaraq prezidentliyə namizəd olmaq hüququ qazanacaq.

 

Uçum qeyd edib ki, hüquqi baxımdan bu, namizədliyin müstəsna qaydada irəli sürülməsi hesab olunur.

 

Ərdoğan ilk dəfə 2014-cü ildə Türkiyə Prezidenti seçilib. 2017-ci ildə ölkədə prezident idarəetmə sisteminin tətbiqini nəzərdə tutan Konstitusiya dəyişiklikləri qəbul edilib və bununla da Ərdoğanın əvvəlki prezidentlik müddətləri sıfırlanıb. O, 2018 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.