Ceyhun Bayramov Kiyevdə rəsmi səfərdədir - Ukraynalı həmkarı ilə təkbətək və geniştərkibli görüşlər keçirib
FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib.

 

Senzor.az bildirir ki, Kiyevdə Azərbaycan XİN rəhbərini Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.

 

C.Bayramov A.Sibiqanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib.

 

Xatirə şəkli çəkildikdən sonra Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib.

 

Sonra nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.