
Türkiyədə PKK terror təşkilatının iki ay ərzində tamamilə tərk-silah edilməsi nəzərdə tutulur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Qalip Ənsarioğlu deyib.
Onun sözlərinə görə, bu prosesin həyata keçirilməsi üçün artıq bütün texniki infrastruktur hazır vəziyyətə gətirilib.