Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi:
VALİ HƏRƏKƏTƏ KEÇDİ

İranın Ərdəbil valisi Məsud İmami Azərbaycan sərhədində gömrük rəsmiləri ilə görüşüb.

 

“Mehr” Agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarətin inkişafı üçün gömrük əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan rəsmilərilə görüşdə tərəflər sərhəd-keçid məntəqələrində prosedurların sürətləndirilməsi, keçidlərin asanlaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Ərdəbil valisi bildirib ki, sərhəd əməkdaşlığının genişləndirilməsi və gömrük proseslərindəki maneələrin aradan qaldırılması İranla Azərbaycan arasında ticarət dövriyyəsinin yüksəlməsinə imkan yaradacaq.

 

Məsud İmami İran Prezidenti Məsud Pezeşkianın göstərişləri istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib.

 

"Ticarətin inkişafı, iqtisadi diplomatiya və Ərdəbil vilayətinin Azərbaycanla sərhəd imkanlarından ən səmərəli şəkildə istifadə etmək gündəmimizin əsas məsələlərindəndir", - deyə o bildirib.

 

Görüşdə İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu da iştirak edib.(Modern.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.