Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib - ƏRDOĞANDAN VACİB AÇIQLAMA
FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanmış üçtərəfli müdafiə sazişinin regionda sabitliyin təmin olunmasına yönəlmiş səylərə töhfə verəcəyini bildirib.

 

Senzor.az-ın məlumatına görə, o, Səudiyyə Ərəbistanına işgüzar səfərinin yekunlarına həsr olunmuş sosial şəbəkə paylaşımında vurğulayıb ki, “Məkkə Müdafiə Sazişi” üçüncü ölkələrə qarşı yönəlməyib və regional sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olan bütün dövlətlər üçün açıqdır.



Paylaşımda deyilir: “Kollektiv çəkindirmə prinsipi əsasında hazırlanan bu sənəd təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın inkişafına, müdafiə sənayesi və terrorizmlə mübarizə istiqamətlərində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək. Saziş BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş dövlətlərin özünümüdafiə hüququnu təsdiqləyir. Sənəd hər hansı bir ölkəyə qarşı yönəlməyib və regionda sülhə, firavanlığa və sabitliyə can atan bütün qardaş xalqların iştirakına açıqdır”.

 

Türkiyə Prezidenti Ankaranın siyasətində əsas yer tutan “Regiona görə məsuliyyət” konsepsiyasına da diqqət çəkib.

 

“Ankara münaqişə və böhranların dialoq və diplomatiya yolu ilə həllinə dair prinsipial mövqeyinə sadiq qalacaq, fəaliyyətini beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında quracaq”, – deyə dövlət başçısı vurğulayıb.

 

Rəcəb Tayyib Ərdoğan, həmçinin üçtərəfli müdafiə sazişinin bütövlükdə region üçün faydalı olacağına ümidvar olduğunu bildirib.

 









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.