Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir -
VİDEO

Gürcüstanın gömrük-keçid məntəqələrində uzun müddət saxlanılan Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin bir qismi buraxılıb, digər sürücülərin məsələsinin də yaxın vaxtlarda həll ediləcəyi bildirilib.

 

"Report" xəbər verir ki, hazırda bəzi sürücülər Gürcüstandan Azərbaycana qayıdır, bəziləri də gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasını gözləyirlər.

 

Qeyd edək ki, bir qrup azərbaycanlı TIR sürücüsü Gürcüstan ərazisindən tranzit keçərkən müxtəlif gömrük məntəqələrində günlərlə, bəzi hallarda isə həftələrlə gözləməli olduqlarını bildirmişdilər. Sürücülər saxlanılmalarının səbəbi barədə onlara vaxtında rəsmi izahat verilmədiyini deyirdilər.

 

Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də Gürcüstan Xarici İşlər Nazirliyinə sorğu təqdim edib.

 

Gürcüstan XİN-dən verilən açıqlamada qeyd edilib ki, səfirliyin müraciəti dərhal aidiyyəti dövlət qurumlarına göndərilib və məsələ ilə bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulan tədbirlər həyata keçirilir.

 

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti də məsələ ilə bağlı açıqlama yayaraq bütün sərhəd-keçid məntəqələrində yüklərin hərəkətinin maneəsiz həyata keçirildiyini və qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

 

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müraciətindən sonra məsələ Gürcüstanın aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.