Məkkə sazişinə oxşar anlaşma Qafqaz ölkələri ilə də imzalana bilərmi? – HAKAN FİDAN İSTİSNA ETMƏDİ
VİDEO

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.

 

"Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var", - H. Fidan bildirib.

 

Onun fikrincə, Türkiyə bu tip əməkdaşlıqlar qurmaqla, dünyanın bütün hissələrinə diplomatik təsir gücünə malik yeganə NATO üzvünə çevrilir.

 

"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər", - H. Fidan bildirib.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.