Müctəba Xamenei ilə bağlı mediada yayılan video... "KÖHNƏDİR”
YENİLƏNİB, VİDEO

Müctəba Xameneinin İran mediasında yayılan videosu onun ölkənin Ali rəhbəri seçilməsindən əvvəl çəkilib.

 

Bu barədə TASS-a İrandakı mənbə məlumat verib.

 

Eyni zamanda, mənbə Xameneinin səhhətinin yaxşı olduğunu bildirib.

 

"O sağlamdır və ictimaiyyət qarşısında görünməməsinin yeganə səbəbi təhlükəsizliklə bağlıdır", - deyə mənbə vurğulayıb.

 

**12:16


Bu gün İran mediasında ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosu yayılıb.

 

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunur.

 

Kadrlarda Xameneinin dini təhsil alan tələbələrlə birgə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb.

Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi son günlər onun səhhəti ilə bağlı müxtəlif xəbərlərin yayılmasına səbəb olub. İran mediasının videonu məhz bu xəbərlərin fonunda yayımlaması diqqət çəkib.

 

İran mənbələri daha əvvəl Xameneinin müharibənin ilk günlərində ayağından ciddi, üz nahiyəsindən isə yüngül xəsarət aldığını bildirmişdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.