“Azərişıq” Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir - VİDEO

"Azərişıq" ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir.

 

Senzor.az bildirir ki, "Azərişıq"dan verilən məlumatda belə deyilir.

 

Qeyd olunur ki, Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik təsərrüfatının yenilənməsi işləri görülür. Kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılıb. Həmçinin yaşayış məntəqələrində 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.

 

Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Yenidənqurma işləri rayonun Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu kəndlərində başa çatıb. Həmçinin, Şuşakənd və Xanobad kəndlərinə 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN-3) çəkilişi davam edir.

 

Xocavəndin Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələr də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Sözügedən yaşayış məntəqələrində elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı, həm də mövcud 10 və 35 kV-luq hava xətlərində, güc transformatorlarında təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb. Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.