
Türkiyə Böyük Millət Məclisində (TBMM) "Milli həmrəylik və ictimai inteqrasiyanın gücləndirilməsinə dair" qanun layihəsi qəbul edilib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, qanun layihəsinin lehinə 468, əleyhinə 88 deputat səs verib, 6 nəfər bitərəf qalıb.
Bildirilib ki, qanun layihəsinin qəbul edilməsi "Terrorsuz Türkiyə" prosesi çərçivəsində atılan mühüm addımlardan biri hesab olunur. Belə ki, yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.
Xatırladaq ki, avqustun 8-də TBMM komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib.