Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib - FOTO

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Omuralıyev Macarıstanın Buqaç şəhərində keçirilən Böyük Hun-Türk Qurultayında iştirak edib.

 

Senzor.az bildirir ki, Macarıstan Turan Fondu tərəfindən təşkil olunan üçgünlük tədbir 27-dən çox türk icmasının nümayəndələrini bir araya gətirib. 

 

Qurultayda TDT-nin bütün üzv və müşahidəçi dövlətlərindən iştirakçılar təmsil olunublar. Proqram çərçivəsində ənənəvi idman növləri, musiqi, sənətkarlıq və müxtəlif mədəni tədbirlər təqdim edilib. Bu il ilk dəfə olaraq yeni aşkar edilmiş arxeoloji tapıntılar və antropoloji üz rekonstruksiyaları nümayiş etdirilib. 

TDT Baş katibinin tədbirdə iştirakı təşkilatın türk dünyasının ortaq mədəni və tarixi irsinin qorunmasına və təbliğinə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, belə tədbirlər üzv və müşahidəçi dövlətlər arasında mədəni əməkdaşlığın, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Qurultay türk xalqlarının ortaq irsinin tanıdılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.