Ərdoğanla Tramp arasında telefon danışığı... - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə olunub.

 

Prezident Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacibliyini, danışıqların davam edəcəyinə ümidvar olduğunu söyləyib.

 

Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

 

Prezident Ərdoğan, həmçinin Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından “güclü mövqe” nümayiş etdirdiyini bildirib.

 

Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə davamlı sülhü və Qəzza zolağının yenidən qurulması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini deyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.