Ermənistan ordusunda intihar problemi:
PAŞİNYAN XÜSUSİ QRUP YARATDI

Ermənistanın Baş naziri Nikol Paşinyan orduda intihar və nizam-intizam problemləri ilə məşğul olacaq işçi qrupu yaradıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq qərar ölkə hökumətinin saytında dərc olunub.

 

İşçi qrupunun tərkibinə əsas güc və dövlət strukturlarının rəhbərləri və nümayəndələri daxil olub: müdafiə, səhiyyə, təhsil, elm, mədəniyyət və idman nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi, DİN rəhbərinin, MTX direktorunun və Baş prokurorun sahə üzrə müavinləri, Hərbi Polisin rəisi və digər vəzifəli şəxslər. Ümumilikdə qrupa 11 nəfər daxil edilib.

 

Xatırladaq ki, daha əvvəl Paşinyan ordudakı insidentləri və silahlı qüvvələrdəki vəziyyəti şərh edərkən bilavasitə bu sahəyə cavabdeh olan strukturlarda kadr dəyişikliklərini anons etmişdi. Bundan qısa müddət sonra ordunun mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad olundular.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.