DTX-dan xüsusi əməliyyat:
17 İL BEYNƏLXALQ AXTARIŞDA OLAN ŞƏXS AZƏRBAYCANA GƏTİRİLDİ

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Namiq Rəşid oğlu Ağalarovun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

 

Senzor.az bildirir ki, DTX-nın yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunub ki, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqi və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

 

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.