Türkiyə və Suriya İsrailə qarşı HƏRBİ SAZİŞ İMZALAYA BİLƏRLƏR
VİDEO

Türkiyə və Suriya İsrailin İdlib vilayətində yerləşən Əbu Dühur hərbi aerodromuna hücumundan sonra hərbi sahədə yeni əməkdaşlıq sazişi imzalaya bilərlər.

 

Bu barədə “Türkiye” qəzeti mənbələrə istinadla məlumat yayıb.

 

Qeyd edilib ki, mümkün sazişdə Təl-Əviv tərəfindən yarana biləcək mümkün təhdidlərə cavab tədbirləri üzrə protokolların yenilənməsi də nəzərdə tutulur.

 

Qəzet yazıb ki, Ankara İsrail tərəfindən yarana biləcək təhdidlərə qarşı qabaqlayıcı tədbir kimi birgə hərbi təlimlərin keçirilməsini, həmçinin Türkiyənin AWACS təyyarələri və qırıcılarının sərhədyanı ərazilərdə fasiləsiz patrul həyata keçirməsini təklif edib. Mənbə ortamüddətli perspektiv üçün görülə biləcək tədbirlər arasında Suriyanın hava məkanının hərbi uçuşlar üçün bağlanmasını da qeyd edib.

 

Türkiyə Suriyanın yeni hakimiyyətinə silahlı qüvvələrin yenidən təşkili və modernləşdirilməsi, eləcə də hərbçilərin hazırlanması istiqamətində genişmiqyaslı yardım göstərir. İki ölkə arasında hərbi əməkdaşlıq 2025-ci ilin avqustunda Ankarada imzalanmış memorandum əsasında həyata keçirilir.

 

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də İdlibə hücum edib. ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barak bundan sonra deyib ki, bu hava zərbəsi İsraillə Türkiyə arasında birbaşa hərbi qarşıdurmaya qədər gedib çıxa biləcək ciddi eskalasiyaya səbəb ola bilərdi. O, İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq üçün mexanizmin yaradılması üzərində iş aparıldığını da açıqlayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.