Paşinyan: "Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil"

"Ermənistan və Azərbaycan arasındakı anklavlar məsələsi elə həll olunmalıdır ki, həm uzunmüddətli sülh şəraitində birgəyaşayış təmin edilsin, həm də sərhədyanı ərazilərin sakinləri üçün əlavə çətinliklər yaranmasın".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı deyib.

 

Hökumət rəhbərinin sözlərinə görə, İrəvanla Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə əsasən, Artsvaşen (Başkənd - red.) Ermənistanın ərazisi hesab edilir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistana aid deyil.

 

Paşinyan xatırladıb ki, Azərbaycan və Ermənistan delimitasiya prosesini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək barədə razılığa gəliblər. Bu sənədə əsasən, SSRİ-nin dağılması dövründə mövcud olmuş keçmiş müttəfiq respublikaların inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi qəbul olunur.

 

Müvafiq xəritələrə istinad edilərək, Tavuş vilayətinin Kirants kəndi istiqamətində Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası artıq baş tutub.

 

Baş nazir qeyd edib ki, gələcək proseslərin də məhz bu baza əsasında davam etdirilməsi ilə bağlı ümumi anlayış mövcuddur.

 

Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.

 

Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

 

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.

 

Kərki kəndi 1990-cı ilin yanvarında işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.