
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
Senzor.az bildirir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparırlar. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.