Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı:
QARA DƏNİZDƏ GƏMİLƏRƏ HÜCUMLARLA BAĞLI

Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov Qara dənizdə Türkiyə gəmilərinə hücumla əlaqədar avqustun 29-da bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Məlumatda xatırladılıb ki, avqustun 26-da və 27-də baş verən hadisələr rəsmi Ankaranın narazılığına səbəb olub. Avqustun 26-da Tuapse sahillərində “Lider Bordo Mavi” yük bərəsinə hücum edilib, ertəsi gün isə zərərçəkmiş gəmiyə yedək vermək üçün göndərilən “Lider Kocatepe” gəmisinə zərbə endirilib.

 

Səfirlə görüş zamanı hücumlarla bağlı Türkiyənin mövqeyi çatdırılıb, Qara dəniz akvatoriyasında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi barədə xəbərdarlıq edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.