
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.
Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdirdilər.
Tədbirdə 15-dən çox dövlətin liderləri və nümayəndələri iştirak edirlər.
Qırğızıstan tərəfinin məlumatına görə, görüş çərçivəsində dünyada təhlükəsizlik və sabitliyə dair geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, "ŞƏT plyus" formatı daha geniş siyasi və diplomatik dialoq üçün imkan yaradır.









