Əziz Sancar "Şöhrət" ordeni ilə təltif olundu

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib.

 

Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.

 

Qeyd edək ki, 1946-cı ildə Mardində anadan olan Əziz Səncər ilk və orta təhsilini Mardində alıb. 1969-cu ildə İstanbul Universitetinin tibb fakultəsindən birincliklə məzun olub. Doktorantura üzrə təhsilini isə Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı əsasında alıb.

 

O, 1977-1982-ci illər ərzində Yel Universitetində tibb üzrə dərs keçib. 2001-ci ildə Şimali Korolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb. Bu mükafat Amerika Kimya Cəmiyyəti tərəfindən verilib. 2005-ci ildə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub. Daha sonra isə həyat yoldaşı ilə birlikdə ABŞ-ın  Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradaraq ABŞ-da təhsil alan türk tələbələrə dəstək olmağa başlayıb.

 

Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.