Türkiyədən Gürcüstana gələn Azərbaycan vətəndaşı Batumidə itkin düşdü:
AVQUSTUN 28-dən XƏBƏR YOXDUR

Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb. 

 

Bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın “Batumelebi” nəşrinə müraciət edərək kömək istəyib.

 

G. Əlizadənin sözlərinə görə, avqustun 28-dən bəri dayısı ilə əlaqə saxlamaq mümkün olmayıb: “Sərhəd kameralarının görüntülərini yoxladıq və bildik ki, o, Türkiyədən Gürcüstana keçib. Bircə bu məlumdur, ondan sonra haqqında heç bir məlumatımız yoxdur. Telefonunu Türkiyədə itirdiyi üçün hazırda onunla zəngləşmək imkansızdır. Ailəmiz artıq axtarışlara başlayıb və aidiyyəti qurumlara da müraciət etmişik. Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan xahiş edirik ki, polisə və ya bizə xəbər versinlər”.

 

"Qafqazinfo"nun məlumatına görə, məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən Azərbaycan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.